Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
719
23.01.2025, 13:14
Suriya Milli Ordusu, HTŞ və onu müşayiət edən silahlı qruplar tərəfindən devrilmiş Bəşər Əsədin Türkiyəyə qarşı xain planı illər sonra üzə çıxıb. Bəşər Əsəd 2012-ci ildə Türkiyə sərhədindən geri çəkdiyi suriyalı əsgərlərə texnika və ağır silahlarını türklərə qarşı istifadə etmək üçün PKK-ya verməyi tapşırıb.
OXU24.COM xəbər verir ki, bu barədə Suriyanın keçmiş baş naziri Riyad Fərid Hicab məlumat verib.
O, qatıldığı canlı yayımda 2012-ci ildə Suriya qoşunlarının Türkiyə sərhədindən çıxarılmasından sonra məsələ ilə bağlı Bəşər Əsədlə keçirdiyi uzun görüşün təfərrüatlarını ilk dəfə açıqlayıb.
Həmçinin oxuyun
Hicab Əsədin Türkiyəyə qarşı PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdiyini bildirib:
“Bəşər Əsəd 2012-ci ildə Türkiyə sərhədindən qoşunların geri çəkilməsi və PKK/YPG-yə ağır silahların təhvil verilməsini əmr etdi. O, PKK-ya kömək etdi. Biz Xalq Məclisinin sədri və güc komandirləri ilə birlikdə Bəşər Əsədlə görüşmək üçün Prezident Sarayına getdik. Təbii ki, həmin gün çox uzun bir görüş oldu və orada müxtəlif mövzular müzakirə edildi.
İclasda ona “Niyə bölgədəki hərbi məntəqələr, ağır silahlar və hərbi texnika PKK-ya təhvil verilib?” sualını verdim. Bəşər cavab verdi ki, PKK bizim müttəfiqimizdir. Keçmişdən bu günə qədər onlardan çox bəhrələnmişik. Kürdləri nəzarətdə saxlamaq, Suriyanın hər yerində nümayiş və aksiyalarda iştirak edənlərin qarşısını almaq üçün də onlara indi ehtiyacımız var”.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.